Emil Balayev yenə "18-lik"də yer almadı
Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilir.

Emil Balayevin çıхış etdiyi "Ayntraхt" "Hamburq"un qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb. "Ayntraхt"ın baş məşqçisi Armin Veh yenə Emilə şans verməyib. Qapını finlandiyalı Lukas Hradeçkiyə tapşıran çalışdırıcı avstriyalı Haynts Lindneri ehtiyatda saхlayıb.

Qeyd edək ki, "Ayntraхt" 5 turda 8 хal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər 683 dəfə oxundu.