Georgi Hacı “Qəbələ”yə tərif dedi
Rumıniyanın əfsanəvi futbolçusu Georgi Hacı “Qəbələ”yə qiymət verib. İdman.com.az saytının məlumatına görə, qəbələlilərin bu gün Antalyada 3-cü yoxlama matçında 1:0 hesabı ilə qalib gəldiyi Rumıniyanın “Vitorul Konstanta” klubun sahibi məhz Hacıdır. Oyunu sonadək tribunadan izləyən “Qalatasaray”ın və Rumıniya yığmasının sabiq baş məşqçisi matç boyu klub rəsmiləri ilə epizodları müzakirə edib.

O, oyundan sonra “qara-qırmızılar” haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Qarşılaşma maraqlı alındı. “Qəbələ” haqda elə də məlumatım yox idi. Amma yaxşı komandadır. Oyunu xoşuma gəldi. Heyətdə istedadlı gənc futbolçular var. “Qəbələ”yə uğurlar arzulayıram”.

Xəbər 1055 dəfə oxundu.