Nazarov 45 dəqiqə oynadı, komandası məğlub oldu
Almaniyanın II Bundesliqasında növbəti turun oyunları keçirilir.

Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" "Paderborn"un qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan millimizin üzvü fasilədə yapon Hiroki Yamadanı əvəzləyib.

Qeyd edək ki, 7 turda cəmi 6 хal toplayan "Karlsruher" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər 673 dəfə oxundu.