Teymur Rəcəbov və Pyotr Svidler sürətli şahmat oyununda yarışırlar
Şahmat üzrə dünya kubokunda 1/8 finala vəsiqə uğrunda tay-breyklər başlanıb.

Tay-breyk iştirakçıları sırasında azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da var.

Yarışların 1/16 finalında Azərbaycan təmsilçisi və onun rusiyalı rəqibi Pyotr Svidler “klassik” partiyaları heç-heçə başa çatdırıblar. Onlar münasibətlərini sürətli şahmat oyununda aydınlaşdırırlar.

Xatırladaq ki, kubokun finalçıları şahmat üzrə dünya çempionu adı uğrunda matçda iştirak etmək üçün iddiaçıların turnirinə vəsiqə qazanacaqlar.

Xəbər 636 dəfə oxundu.