Azərbaycanın stolüstü tennis üzrə hakimləri beynəlxalq qaydalarla tanış olmaq üçün seminarda iştirak edəcəklər
Azərbaycan Stolüstü Tennis Federasiyasının Beynəlxalq Stolüstü Tennis Federasiyası və Avropa Stolüstü Tennis Birliyi ilə əldə edilmiş razılığına əsasən sentyabrın 21-də Bakıda hakimlər üçün sertifikatlaşdırılmış seminar keçiriləcək.

Tədbirin keçirilməsində məqsəd yerli idman mütəxəssislərini təkmilləşmiş beynəlxalq stolüstü tennis qaydaları ilə tanış etmək, onların ixtisaslarını artırmaqdır.

İyirmiyədək hakimin qatılacağı seminara təcrübəli belçikalı mütəxəssis İzabelle Marie Jeanne Elizabes rəhbərlik edəcək.

Tədbir sentyabrın 24-də başa çatacaq və iştirakçılara sertifikatlar təqdim olunacaq.

AZƏRTAC

Xəbər 838 dəfə oxundu.