Azərbaycan qrossmeysteri Azər Mirzəyev Beyrutda keçirilən beynəlxalq turnirdə iştirak edir
Bu gün Livanın paytaxtı Beyrutda 8-ci Beynəlxalq şahmat turnirinə start verilir. Turnirdə Azərbaycan qrossmeysteri Azər Mirzəyev də iştirak edir.

Yarışlarda 14 ölkəni təmsil edən 85 şahmatçı, o cümlədən doqquz qrossmeyster mübarizə aparacaq. Reytinq göstəricisi 2558 olan Azər Mirzəyevin rəqibləri yerli şahmatçılarla bərabər Ukrayna, Belarus, Fransa , Gürcüstan, Niderland, türkiyə, Rusiya, Bolqarıstan və başqa ölkələrin nümayəndələri olacaq. Turnirin reytinq-favoriti Niderlandı təmsil edən qrossmeyster Sergey Tivyakovdur (2611).

İsveçrə sistemi üzrə 9 turdan ibarət olan bu beynəlxalq open-turnirin qalibləri sentyabrın 27-də məlum olacaq.

Xəbər 865 dəfə oxundu.