Erat yenə "18-lik"də yer almadı
Almaniya II Bundesliqasında 7-ci turun oyunları keçirilir.

Millimizin üzvü Toğrul Eratın şərəfini qoruduğu Dusseldorf "Fortuna"sı səfərdə “Bohum”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Eratın adı bu matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Fortuna” 7 turdan sonra 4 xalla 15-ci pillədə qərarlaşıb.

Xəbər 650 dəfə oxundu.