Avropa çempionatındakı yeganə ümidimiz ilk cəhddə məğlub oldu
Avstriyada gənc cüdoçular arasında Avropa çempionatı davam edir.

Yarışa 1 idmançı ilə qatılan Azərbaycan millisi aktivinə medal yazdıra bilməyib.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Firudin Dadaşov ilk cəhddəcə məğlubiyyətə üzülüb. O, Eduard Trippelə cəmi 83 saniyəyə uduzaraq, yarışla vidalaşıb.

Xəbər 871 dəfə oxundu.