Kanales Rusiya klubunda oynaya bilər
"Neftçi"nin sabiq hücumçusu Nikolas Kanales karyerasını Rusiya Premyer Liqasında davam etdirməyə çox yaxındır. Onunla qonşu ölkənin "Krılya Sovetov" klubu yaxından maraqlanır.

Artıq tərəflər böyük ölçüdə razılığa gəliblər. Yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı bildirirlir.

Qeyd edək ki, "Neftçi"dən ayrılandan sonra Kanales azad agent statusu daşıyır. Onunla ərəblərin də yaxından maraqlandığı bildirilir.

Xəbər 649 dəfə oxundu.