Neftçinin Müşahidə Şurasının üzvü Tərəqqi medalı ilə təltif olundu
"Neftçi" PFK-nın Müşahidə Şurasının daha bir üzvü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü Cəbrayıl Cəbrayılov Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Xatırladaq ki, bir neçə gün öncə bu klubun Müşahidə Şurasının digər üzvü Bəhram Bağırzadə də əməkdar artist adı almışdı.

Xəbər 787 dəfə oxundu.