“Bakı” üstünlüyünü qoruya bilmədi
“Ağ-göylər” Antalyadakı hazırlıq çərçivəsində bu gün 4-cü yoxlama oyununa çıxıb. İdman.com.az saytı xəbər verir ki, “Bakı” klubu Kiyev “Arsenal”ı ilə münasibətlərinə aydınlıq gətirib.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə hesabı komandamız açıb. Bizdən braziliyalı legioner Xavyer Junior fərqlənib. Amma bakılılar bu üstünlüyünü sonadək qoruya bilməyiblər. Matç ərzində 3 top vurmuş rəqib qələbə qazanıb (3:1)

Qeyd edək ki, buna qədər “zolaqlılar” “AZ Alkmaar”a (Niderland) 1:5, “İnqolştad”a (Almaniya) 0:4, “Panduri”yə (Rumıniya) 0:1 hesabları ilə uduzub.

Xəbər 1167 dəfə oxundu.