AZAL İnterə, Zirə Rəvana qarşı
Bu gün Topaz Premyer Liqasında 5-ci turun oyunlarına start verilir. İlk oyun günündə iki görüş baş tutacaq.

Turun açılış günü iki paytaxt derbisinə səhnə olacaq. AZAL öz meydanında “İnter”i qəbul edəcək. Günün digər derbisində isə “Zirə” “Rəvan”la üz-üzə gələcək.

Topaz Premyer Liqası
5-ci tur
19 sentyabr

21:00. AZAL - “İnter”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov.
Bakı. “Dalğa Arena”.

21:00. “Zirə” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev.
Zirə İdman Kompleksinin stadionu.

Turun digər oyunları: 20 sentyabr (16:30. “Kəpəz” – “Qarabağ”, 21:00. “Neftçi” – “Xəzər Lənkəran”). 21 sentyabr (21:00. “Qəbələ” – “Sumqayıt”).

Xəbər 615 dəfə oxundu.