Tottenhemin müdafiəçisi: Həmin epizodda penalti olduğunu düşünmürəm
İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Kiran Trippyer Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. O, 3:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

"Penalti epizodu zamanı uğursuz çıxış etdim. Amma həmin epizodda penalti olduğunu düşünmürəm. Fikrimcə, erkən qol buraxsaq da, buna vaxtında cavab verməyimiz yaxşı oldu. Ardından ikinci qolu da vurduq. İlk hissədə bizə lazım olan da məhz bu idi. Bütövlükdə, qazandığımız qələbədən razı qaldım".



Xəbər 675 dəfə oxundu.