"Qəbələ"nin sabiq futbolçusu "Sumqayıt"ın düşərgəsində
"Sumqayıt" heyətinə daha bir futbolçu qatıb.

Hücumçu Amil Yunanov "kimyaçılar"ın heyətinə baxışa gəlib.

Futbolçu artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Məşqçilər heyətinin qərarından sonra futbolçunun komandada qalıb-qalmayacağı haqda qərar veriləcək.

Qeyd edək ki, Alim bir vaxtlar "Qəbələ"də forma geyinib.

Xəbər 641 dəfə oxundu.