“Xəzər Lənkəran” 3-cü cəhddə də sevindi
“Xəzər Lənkəran” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün 3-cü yoldaşlıq görüşünə çıxıb. İdman.com.az saytı xəbər verir ki, “gəmiqayıranlar” Qazaxıstanın “Atırau” klubu ilə qüvvəsini sınayıb.

“Ağ-yaşıllar” bu rəqiblə Antalyada ötən qış fasiləsində də qarşılaşmışdı. Həmin vaxt həmyerlimiz Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstan təmsilçisi “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gəlmişdi.

Maraqlıdır ki, yenə həmin hesab qeydə alınsa da, bu dəfə qələbəni lənkəranlılar qazanıb. Bununla da onlar 1 il öncəki məğlubiyyətin əvəzini çııxb. Bizdən qolları Branimir Subaşiç və Eder Bonfim vurublar.

Qeyd edək ki, Azərbaycan kubokunun son qalibi hazırkı toplanışında Türkmənistan yığmasına 3:1, Almaniyanın “Volfsburq-II” komandasına 2:1 hesabları ilə qalib gəlib.

Xəbər 1017 dəfə oxundu.