Təmin olunmadı - Xorvatiyanın şikayəti
UEFA-nın Apellyasiya Komitəsi Xorvatiyanın şikayətini rədd edib.

Xorvatlar Avropa çempionatının seçmə mərhələsində bir xalın silinməsilə bağlı verilən cəzanın aradan qaldırılmasını istəyirdilər.

UEFA bu cəzanı İtaliya ilə keçiriən oyunda (1:1) baş vermiş insidentə görə tətbiq etmişdi. Xorvatiyaya bir xalı silinməklə yanaşı, iki oyunu azarkeşlərisz keçirməklə bağlı da cəza tətbiq olunmuşdu. Xorvatiya Futbol Federasiyası 100 min avro cərimə də edilmişdi.

Apellyasiya Komitəsi insidenti təkrar araşdırdıqdan sonra Xorvatiyanın şikayətini təmin etməyib. Xorvatiya 8 turdan sonra 14 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər 628 dəfə oxundu.