“Neftçi” ilk matçda məğlub oldu
Bu gün “Neftçi” klubu Antalyada Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş I beynəlxalq turnirdə mübarizəyə başlayıb. İdman.com.az saytı xəbər verir ki, 6-qat olkə çempionumuz debütdə Ukraynanın “Metallist” klubu ilə qarşılaşıb.

Hesabı rəqib komanda açıb. “Ağ-qaralar” Slavko Georgiyevskini sayəsində ilk qolun əvəzini çıxsa da, sonra vurulmuş 2 topa əngəl ola bilməyib – 1:3.
Qeyd edək ki, baraqdarın yer aldığı “B” qrupunda ilk maçtda “Poloniya” (Polşa) “Paxtakor”u (Özbəkistan) üstələyəib (2:1).

Xəbər 969 dəfə oxundu.