UEFA-dan alqışlanası addım
UEFA Avropa ölkələrinə axın edən miqrant ailələrinin uşaqlarına maliyyə yardımı edəcək.

Bu barədə qərar UEFA-nın Maltada keçirilən İcariyyə Komitəsinin iclasında verilib. Qərara alınıb ki, miqrant uşaqlarına iki milyon avro maliyyə yardımı ayrılsın.

UEFA-nın prezidenti Mişel Platini miqrantlara yardım edilməsiylə bağlı açıqlama verib:

“Avropaya axın edən qaçqınları görməzdən gəlmək mümkünsüzdü. Biz də UEFA olaraq uşaqlara bu yardımı etmək qərarına gəldik. Ümid edirəm ki, bu yardım miqrantların övladlarının həyatlarını az da olsa, dəyişməyə kömək edər”.

Xəbər 548 dəfə oxundu.