DÇ-2018 üçün xüsusi saat quraşdırıldı
2018-ci ildə keçiriləcək dünya çempionatının başlamasına 1000 gün qalır.

Bu münasibətlə Moskvada xüsusi tədbir keçirilib. Manej meydanında keçirilən tədbirdə dünya futbolunun bir sıra məşhur ulduzları iştirak ediblər.

Mərasimə qatılan qonaqlar arasında 1990-cı ildə Almaniya yığmasının heyətində dünya çempionu olan Lotar Matteus, 2006-cı ildə İtaliya ilə çempionluq qazanan Canluka Zambrotta, İspaniya yığmasının heyətində üç mundialda iştirak etmiş Fernando Yerro da olub.

Mərasimdə mundialın başlamasına 1000 gün qalması münasibətilə meydanda xüsusi saat quraşdırılıb. Bu saat mininci gündən başlayaraq, əks istiqamətdə işləyəcək.

Xəbər 767 dəfə oxundu.