Huqo Loris: "Tottenhem"in əsas hədəfi qalib gəlmək idi, buna da nail oldu"
İngiltərənin "Tottenhem" klubunun qapıçısı Huqo Loris Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. O, yerli mətbuata açıqlamasında 3:1 hesablı qələbə qazandıqları oyunla bağlı bunları söyləyib:

"Əsas hədəfimiz qələbə və üç xal qazanmaq idi. Buna da nail olduq. Baxmayaraq ki, penalti nəticəsində erkən qol buraxdıq. Məhz buraxılan qoldan sonra özümüzü toparlaya bildik və yüksək səviyyəli futbol nümayiş etdirərək, qələbə qazandıq".

Xəbər 756 dəfə oxundu.