Neftçi Xəzər Lənkəranla oyun öncəsi mətbuat konfransı və açıq məşq təşkil edəcək
Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” oyunundan bir gün öncə meydan sahiblərinin mətbuat konfransı və açıq məşq təşkil olunacaq. Mətbuat konrfansı saat 19:30-da “Bakcell Arena”nın mətbuat zalında başlanacaq.

Bundan yarım saat sonra, saat 20:00-da komandanın ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olan məşqi baş tutacaq.

Xəbər 625 dəfə oxundu.