​Useyn Bolt hesabı ödəmədən gecə klubundan qaçıb
Dünyanın ən sürətli adamı kimi tanınan Useyn Bolt İngiltərənin paytaxtı Londonda yerləşən gecə klublarının birində hesabı ödəmədən qaçıb. Yamaykalı sprinter sifarişin qarşılığında təxminən 13 min avro dəyərindəki hesabı ödəməyib.

"Mayfair" klubunun işçi heyəti müxtəlif içkilər sifariş etdikdən sonra məkanı tərk edən atletin arxasınca getsələr də, çata bilməyiblər. Ancaq səhəri gün 11 qat dünya və 6 qat olimpiya çempionu kluba gələrək hesabı ödəyib və hərəkətinə görə üzr istəyib.

Qeyd edək ki, Useyn Bolt 100 metr məsafəyə qaçışda 9.58 saniyəyə, 200 metr məsafəyə isə 19.19 saniyəyə qaçaraq dünya rekordlarının sahibi olub.

Xəbər 702 dəfə oxundu.