Madrid "Real"ı Avropaya köç edən suriyalı qaçqınlara dəstək verir
Madrid "Real"ı Avropaya köç edən suriyalı qaçqınlara dəstək verir. Bu kapmaniya çərçivəsində "kral klubu"nun prezidenti Florentino Peres macarıstanlı jurnalist Pedro Lazlonun yerə yığdığı suriyalı ailəni klubun ofisinə dəvət edib.

"Real”ın başqanı onlara klubun müzeyini gəzdirib. O, həmçinin madridlilərin fanatı olan suriyalı qaçqın Osama Abdul Mohsenin kiçik oğluna "Santyaqo Bernabeu” stadionunda futbol oynamaq şəraiti yaradıb. Peres həmçinin həmin ailəyə kömək edəcəklərini bildirib.

Qeyd edək ki, Osama Abdul Mohsenin özü də Suriyada məşqçilik fəaliyyəti ilə məşğul idi.

Xəbər 738 dəfə oxundu.