"Qəbələ"nin rəqibinin baş məşqçisi: "Turnirə qələbə ilə başlamaq yaxşı oldu"
"Borussia Dortmund"un baş məşqçisi Tomas Tuçel "Krasnodar"la matçdan sonra oyunla bağlı fikirlərini bölüşüb

"Krasnodar"la matç çətin keçdi. Hər iki komanda turnirə qələbə ilə başlamaq istəyirdi. İlk hissədə oyunumuz alınmadı. Lakin ikinci hissədə təzyiqi artırdıq və qələbə qazandıq. Rəqibin heyətində güclü futbolçular var. Turnirə qələbə ilə başlamaq bizim üçün yaxşı oldu. Növbəti matçlarda da qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində Qəbələ ilə eyni qrupda qərarlaşan "Borussia Dortmund" Rusiyanın "Krasnodar" klubunu 2:1 məğlub edib.

Xəbər 621 dəfə oxundu.