Giorgos Tsavellas: Biz iki xal itirmədik, bir xal qazandıq
Yunanıstanın PAOK klubunun müdafiəçisi Giorgos Tsavellas Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. O, klub saytına açıqlamasında qolsuz bitən görüşlə bağlı bunları söyləyib:

"Biz bu oyunda iki xal itirmədik, sadəcə, bir xal qazandıq. Qarşıda hələ qələbə və xal qazana biləcəyimiz çox oyun var. Gələcəyə nikbin baxmaq lazımdır. Fikrimcə, "Qəbələ"yə qarşı yaxşı oynadıq".

Xəbər 776 dəfə oxundu.