Əliyar Ağayevin səhhətində problem yarandı, təyinatlarda dəyişiklik edildi
Topaz Premyer Liqasının 5-ci turunun oyunlarını idarə edəcək hakim briqadalarında müəyyən dəyişikliklər edilib. FİFA referisi Əliyar Ağayev səhhətində yaranmış problemlər səbəbindən 5-ci turda meydana çıxmayacaq.

Odur ki, AZAL – “İnter” görüşündə İnqilab Məmmədov idarəçilik edəcək. Əliyar Ağayevi əlavə köməkçi kimi təyinat aldığı “Neftçi” – “Xəzər Lənkəran” görüşündə isə Fariz Yusifov əvəzləyəcək.

Xəbər 699 dəfə oxundu.