Çempionlar Liqasının ikiqat qalibi öldü
Almaniya futboluna ağır itki üz verib.

“Bavariya”nın keçmiş baş məşqçisi Dittmar Kramer dünyasını dəyişib. Kramer bu gün səhər, 90 yaşında Almaniyada vəfat edib.

O, “Bavariya” ilə iki dəfə Çempionlar Liqasının qalibi olub. Kramer 1975 və 1976-cı illərdə “Bavariya”nı bu turnirdə qələbəyə aparıb. Onun rəhbərliyi altında Münhen klubu 1976-cı ildə Qitələrarası kuboku da qazanıb.

Kramer “Bavariya”dan savayı, “Bayer”, “Herta”, “Ayntraxt”, “Aris” klublarında, Misir, ABŞ yığmalarında da çalışıb.

Xəbər 779 dəfə oxundu.