Tiflisdə iki 5-ci yer
Bu gün Gürcüstan paytaxtında cüdoçular arasında dünya kuboku başa çatıb. İdman.com.az saytının məlumatına görə, London olimpiadasına lisenziya xalı verən yarışda məşqçilər korpusu əsasən «ikinci nömrələr»ə şans verib. Əsas heyət Parisdə keçiriləcək turnirdə mübarizə aparacaq.

Tiflisdəki rəqabətin ilk günü yığma komandamızın üzvləri üçün uğurlu olmayıb. Ümid növbəti mübarizələrə qalırdı. Amma təmsilçilərimiz bu gün də etimadı doğrultmayıblar. Tatamiyə çıxmış Murad Rəcəbli, Məhəmmədəli Məmmədli, Rüstəm Alimli (hər üçün - 81 kq), Şahin Qəhrəmanov, Kənan Nağıyev (90 kq), Elmar Qasımov, Əlixan Həsənov, Zaur Abdullayev, Nizami Məmmədov (hamısı - 100 kq), Emil Tahirov və Abdulla Rəsulov (+100 kq) zəif nəticə göstəriblər.
Elxan Rəcəbli (81 kq) ilə Kənan Nağıyev (90 kq) isə bürünc mükafat şansı qazanmaq əldə etsələr də, sonda fürsəti qaçırıblar.

Xəbər 1079 dəfə oxundu.