"Futbolçulara dedim ki, bu dəfə qol buraxmasalar, onlara pitsa alacam"
"Lester"in baş məşqçisi Klaudio Ranyeri "Stok Siti" ilə oyun ərəfəsində futbolçularına vəd verib. Ranyeri bu qarşılaşmada qol buraxmayacaqları təqdirdə, hər bir futbolçuya pitsa alacağını bildirib.

"Lester" 5 turdan sonra 11 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Ancaq komanda bütün oyunlarda qol buraxıb: "Futbolçulara dedim ki, "Stok"la oyunda qol buraxmasalar, onların hər birinə pitsa alacam. Ola bilsin ki, onlar pitsanı sevmirlər. O da ola bilər ki, futbolçularım onlara hot-doq almağımı istəyirlər".

Xəbər 652 dəfə oxundu.