“Barselona"da bu yerə 4 namizəd
Rafinyanın zədələnərək mövsümün sonuna kimi sıradan çıxması “Barselona”nı yeni futbolçu axtarışına çıxmağa məcbur edib. Kataloniya klubunun artıq indidən qış transfer dövrü üçün futbolçu axtarışlarına start verdiyi deyilir.

İspaniya nəhənginin hədəfində olan futbolçuların adları məlumdu. “El Mundo” qəzetinin yazdığına görə, katalonların gündəmində dörd futbolçu var. Bunlar “Selta”dan Nolito, “Valensiya”dan Sofian Fequli, “Sevilya”dan Denis Suarez, Dortmund “Borussiya”sından İlkaj Gündoğandı.

Bu futbolçulardan Fequlinin “Barsa”ya keçidi daha real görünür. Əlcəzairli yarımmüdafiəçinin “Valensiya” ilə müqaviləsi bu mövsümün sonunda başa çatır. Onun mövsümün sonunu gözləmədən Kataloniya klubuna keçəcəyi iddia olunur.

Xəbər 645 dəfə oxundu.