Yekaterina Qamova millidən kənar qaldı
Qadın voleybolçulardan ibarət Rusiya milli komandasının heyəti açıqlanıb. Komandanın baş məşqçisi Yuri Mariçyev Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatında güvənəcəyi “14-lüyü” müəyyənləşdirib.

Son qitə çempionu olan şimal qonşularımız bu dəfə Lyubov Sokolova və Yekaterina Qamovanı heyətə daxil etməyiblər. Buna baxmayaraq, komandada yenə təcrübəlilər yer alıb.

Rusiya millisinin heyəti:
Toppaylayıcılar: Yekaterina Kosyanenko, Yevgeniya Startseva
Hücumçular: Nataliya Qonçarova, Natalya Malıx, Tatyana Koşelyeva, Aleksandra Pasinkova, Yana Şçerban, Kseniya İlçenko
Blokçular: İrina Fetisova, Yekaterina Lyubuşkina, Yekaterina Orlova, İrina Zaryajko
Liberolar: Anna Malova, Viktoriya Kuzyakina

Qeyd edək ki, Azərbaycan millisinin də qatılacağı Avropa çempionatı sentyabrın 26-də start götürəcək.

Xəbər 804 dəfə oxundu.