“İnter” kolumbiyalı futbolçuya yeni müqavilə təklif etdi

İtaliyanın “İnter” klubu aparıcı oyunçularından olan Freddi Quarinlə yeni müqavilə imzalamaq niyyətindədi. Milanlılar kolumbiyalı yarımmüdafiəçi ilə danışığa artıq start veriblər.

Yeni sözləşmənin müddəti 2019-cu ilə kimi nəzərdə tutulacaq. Quarin bu sazişə qol çəkəndən sonra “neradzurra”da ilinə 3 milyon avro məvacib alacaq.

Qeyd edək ki, Quarin “İnter”ə 2012-ci ildə “Porto”dan transfer olunub.

Xəbər 650 dəfə oxundu.