Huqo Lloris: "Hədəfimizə çatdıq"
"Tottenhem"in qapıçısı Huqo Lloris Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bildirib.

Vacib üç xal qazandıqlarını deyib:

"Hədəfimiz qələbə qazanmaq idi və buna nail olduq. Rəqib penaltidən fərqləndikdən sonra yaxşı oynadıq. Oyuna yaxşı başlamadıq. Ancaq buraxılan qoldan sonra istədiyimiz səviyyəyə çatdıq və oyuna qayıtdıq".

Xəbər 634 dəfə oxundu.