“Qara-qırmızılar”ın qələbə həsrəti
Antalyanın Bələk bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” klubu bu gün Türkiyədə üçüncü sınaq matçına çıxacaq. İdman.com.az saytı xəbər verir ki, “qara-qırmızılar”ın rəqibi Ruminiyanın “Vitorul Konstanta” komandası olacaq. Görüş saat 17:00-da başlayacaq. Baş məşqçi Fateh Kavlak artıq heyəti də müəyyənləşdirib:

Grem Smit, Daniel Kruz, Lyubo Baranin, Saşa Yunisoğlu, Mahir Şükürov, Aleksandr Çertoqanov, Bruno da Silva, Veselko Trivunoviç, Viktor Mendi, Yannik Kamanan, Dodo.
Xatırladaq ki, "Qəbələ" ilk sınaq matçında 1:2 hesabı ilə Qazaxıstanın “Atırau” klubuna uduzmudu. Növbəti, Ukrayna “Krivbass” ilə görüşdə də eyni nəticə qeydə alınmışdı (1:2).

Xəbər 952 dəfə oxundu.