“Neftçi” - “Xəzər Lənkəran” oyunun biletləri satışda
Topaz Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” matçının biletləri bu gün satışa çıxarılıb. Biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.

Sentyabrın 20-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlanacaq oyun üçün biletlərin qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN-di.

Qeyd edək ki, üzvlük kartlarının sahibləri üçün “Bakcell Arena”da ilk oyun olduğuna görə “Neftçi” onlara hədiyyə təşkil edib. “NeftçiKART” sahibləri bu oyunu VIP tribunadan, “NeftçiVIP” sahibləri isə “SkyBox”lardan izləyə biləcəklər.

Xəbər 739 dəfə oxundu.