FİFA-nın başında o oturacaq
FİFA-nın baş aktibi Jerom Valkenin vəzifəsindən uzaqlaşdırıldığı barədə məlumat vermişdik.

Valkenin vəzifəsini müvəqqəti olaraq Markus Kattner icra edəcək. Bu barədə "Reuters" FİFA-dakı mötəbər mənbədən məlumat əldə edib. Kattner əvvəllər Valkenin assistenti olub.

Jerom Valke FİFA-da 2007-ci ildən çalışırdı. O, təşkilatda böyük nüfuz sahibi idi.

Bir neçə gün əvvəl mətbuatda yayılan məlumatda bildirilirdi ki, Valke 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatı zamanı qanunsuz bilet satışı ilə məşğul olub.

Xəbər 853 dəfə oxundu.