“Qələbəyə layiq idik” – “Tottenhem”in baş məşqçisi
“Honq Min Sonun “Qarabağ”la matçda dubl etməsi məni sevindirdi. O, əla futbolçudu və bunu bugünkü oyunda bir daha sübut etdi”. B sözləri “Tottenhem” klubunun baş məşqçisi Maurisio Pokettino deyib.

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində dünən “Qarabağ”ı qəbul edən “Tottenhem” 3:1 hesablı qələbə qazanıb.

Matçdan sonra mətbuat konfransı keçirən Pokettino komandasından razı qaldığını bildirib: “Biz göstərdiyimiz oyunla qələbəyə layiq idik. Oyundakı balansı 90 dəqiqə ərzində saxlaya bildik və yekunda istəyimizə çatdıq”.

O bildirib ki, hesabda geri düşdükdən sonra işləri çətinləşib: “Erkən qol buraxanda işin çətin olur. Ancaq komandam xarakter nümayiş etdirdi. Həvəsdən düşmədilər, sona qədər mübarizə apardılar. Bunun nəticəsində də “Qarabağ”a qalib gəldik”.

Xəbər 721 dəfə oxundu.