Yığmamız dünya çempionatında 8 medal qazanıb | |
Türkiyənin Samsun şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatı başa çatıb. Taekvondo Federasiyasından verilən məlumata görə, sayca 6-cı dəfə təşkil olunan mundiala 10 idmançı ilə qatılan Azərbaycan millisi 8 medal qazanıb. Yaşar Doğu Spor Salonunda baş tutan yarışda Nicat Müslümov (75 kq, K-42), Aleksandr Polişuk (+75 kq, K-42 ) və Aynur Dadaşova (+58 kq, K-44) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 75 kq çəki dərəcəsində mübarizə aparan Xəzər İsayev (K-43) yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib. Əvəz Tağıyevin digər yetirmələrindən Röyalə Fətəliyeva (49 kq, K-44), Əbülfəz Abuzərli (75 kq, K-44 kq), Vüqar Adışirinov (+75 kq, K-44) və Namiq Abbasov (61 kq, K-43) isə bürünc medalla kifayətlənib. Beləliklə, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız kişi komandaları arasında Rusiyadan sonra ikinci, qadın millimiz Rusiya və Türkiyənin ardından üçüncü pillədə qərarlaşıb. |
|
Xəbər 681 dəfə oxundu. |
|
|