Zenyov PAOK-la oyundan danışdı
"Qəbələ"nin futbolçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsində PAOK-la 0:0 bərabərə qaldıqları oyun haqda danışıb.

Estoniyalı futbolçu komandasının qalib gəlmək üçün real şansı olduğunu bildirib:

"Qalib gəlmək üçün real şansımız da var idi. Oyun ərzində qol vurmaq üçün bir neçə şansımız oldu. Lakin dəyərləndirə bilmədik. Bununla belə, qrup mərhələsinin ilk oyununda 1 xal da pis nəticə deyil. PAOK güclü rəqibdir. Ancaq onlara qarşı oynamaq olar".

Xəbər 714 dəfə oxundu.