Azərbaycan Polşanı məğlub etdi
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi qitə birinciliyi öncəsi növbəti yoxlama oyununu keçirib. Komandamız Sloveniyada təlim-məşq toplanışı çərçivəsində bu gün Polşa yığması ilə qarşılaşıb. 4 hissə davam etmiş görüşdə sevinən tərəf voleybolçularımız olub. Dünən Xorvatiyaya uduzan Faiq Qarayevin yetirmələri rəqibi 3:1 (25:17, 25:23, 23:25, 25:23) hesabı ilə məğlub edib.

Xəbər 713 dəfə oxundu.