“Anji”də hörmət görmədi
Dmitri Xoxlovu istefaya göndərən Krasnodarın “Kuban” klubu yeni baş məşqçiylə anlaşıb.

“Kuban”ı bundan sonra Serqey Taşuev çalışdıracaq. Klubun baş direktoru Valeri Staçenko məlumatı təsdiqləyib. O, bildirib ki, Taşuevlə sonradan artırılmaq şərtiylə, bir illik müqavilə bağlanıb.

Taşuevin sonunçu iş yeri başqa bir Qafqaz komanadası - “Anji” olmuşdu. Mütəxəssis bu komanda ilə Rusiya Premyer Liqasına vəsiqə qazanmışdı. Ancaq buna baxmayaraq, klub rəhbərliyi onunla yolları ayırıb, “Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syominlə anlaşmışdı.

“Kuban” 8 turdan sonra 4 xal toplayaraq, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər 693 dəfə oxundu.