FİFA-nın baş katibi vəzifəsindən kənarlaşdırılıb
Beynəlxalq Futbol Federasiyasının (FİFA) baş katibi Jerom Valke xüsusi xəbərdarlıq olunanadək vəzifəsindən kənarlaşdırılıb.

Qurumun Etika Komitəsi tərəfindən onun barəsində rəsmi araşdırma başladılıb.

"FİFA baş katib ilə bağlı bəzi şübhələr barədə məlumatlandırılıb", — deyə qurumun yaydığı pres-relizdə bildirilir.

"The Guardian"ın yazdığına görə, Valke Dünya çempionatı biletlərinin yüksək qiymətə satılması sxemində iştirakda şübhəli bilinir. Guya idman məmuru bu əməliyyatdan iki milyon dollar vəsait əldə edib.

Hazırda Valke məzuniyyətə göndərilib. O bu vəzifəyə 2007-ci ildə seçilmişdi.
Valkenin vəzifələrini Markus Katner icra edəcək.

Xəbər 674 dəfə oxundu.