Tale Heydərov: Daha çox xal toplamağa çalışmalıyıq
"Qəbələ"nin prezidenti Tale Heyderov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri oyunu şərh edib. O, 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

"Mən həmişə komandanın oyunlarına gəlib, onu dəstəkləməyə çalışıram. Şanslara gəlincə, hər şey özümüzdən, öz oyunumuzdan asılıdır. Bu gün bir xal qazandıq. Növbəti oyunlarda daha çox xal toplamağa çalışmalıyıq".

Xəbər 871 dəfə oxundu.