“Ağ-yaşıllar”ın 3-cü sınağı | |
“Xəzər Lənkəran” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün 3-cü yoldaşlıq görüşünü keçirəcək. İdman.com.az saytının məlumatına görə, cənub təmsilçisi saat 17:00-da Qazaxıstanın “Atırau” klubu ilə qüvvəsini sınayacaq. “Ağ-yaşıllar” bu rəqiblə Antalyada ötən qış fasiləsində də qarşılaşmışdı. Həmin vaxt həmyerlimiz Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstan təmsilçisi “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gəlmişdi. Qeyd edək ki, Azərbaycan kubokunun son qalibi hazırkı toplanışında Türkmənistan yığmasına 3:1, Almaniyanın “Volfsburq-II” komandasına 2:1 hesabı ilə qalib gəlib. |
|
Xəbər 916 dəfə oxundu. |
|
|