"Barselona"nın futbolçusu əməliyyat olunacaq
"Barselona"nın futbolçusu Rafinyanın son durumu müəyyənləşib.

"Roma"ya qarşı matçda zədələnən braziliyalı yarımmüdafiəçinin dizindən əməliyyat olunacağı bildirilib. Bu səbəbdən onun ən yaxşı halda mövsümün son oyunlarında oynayacağı iddia edilir.

Qeyd edək ki, "Roma" - "Barselona" görüşü 1:1 hesabı ilə başa çatıb.

Xəbər 700 dəfə oxundu.