Bu gün flaqman “Qalatasaray”ın qənimi ilə görüşür
Bu gün “Neftçi” Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunan ilk beynəlxalq turnirdə debüt edəcək. İdman.com.az saytının məlumatına görə, 6-qat ölkə çempionumuz Antalyada təşkil olunan yarışda ilk oyununu Ukraynanın “Metallist” klubu ilə keçirəcək.

Oyun Bakı vaxtilə saat 19:00-da başlayacaq. “Ağ-qaralar”la dəfələrlə hələ SSRİ çempionatlarında görüşən Xarkov klubu, son 5 ildə Ukrayna Premyer Liqasının bürünc medalçıdır. Avroliqada axır illərdə çıxışı uğurlu alınan “Metallist” yenə qrupdan çıxaraq, 1/16 final iştirakçısı olacaq.

Qeyd edək ki, Antalyadakı turnirdə finalda qrup qalibləri görüşəcək. “Neftçi”nin yer aldığı “B” qrupunda ilk oyunda “Poloniya” (Polşa) “Paxtakor”a (Özbəkistan) 2:1 hesabı ilə qalib gəlib.

Xəbər 1015 dəfə oxundu.