Halk Ronaldonu da, Neymarı da üstələdi
Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Valensiya" - "Zenit" oyunu (2:3) piterlilərin braziliyalı legioneri Halk üçün əlamətdar olub.

İki dəfə fərqlənməyi bacaran Halk ÇL-dəki qollarının sayını 15-ə çatdırıb. O, braziliyalı futbolçular arasında bu göstəricidə 11-ci pilləyə yüksəlib.

Halk əfsanəvi həmyerlisi Ronaldonu və "Barselona"nın hücumçusu Neymarı geridə qoyub. Ronaldonun da, Neymarın da hesabında 14 qol var. Halk uğuruna belə şərh verib:

"Buna nail olmaq çox xoşdu. Ronaldo mənim kumirim olub. Neymarla mübarizəmiz hələ qarşıdadı. Turnirin tarixini yenidən yazıram".

Xəbər 680 dəfə oxundu.