Levon Aronyan Bakını gəzdi
Bakıda Dünya Kubokunda çıxışını bitirən erməni qrossmeyster Levon Aronyan Azərbaycanın paytaxtını gəzib.

O, İçəri Şəhərdə olub, bir çox rusdilli turistlərin sevimli yeri – “Brilliant əl” filminin çəkildiyi küçəni ziyarət edib.

Xatırladaq ki, dünən axşam Aronyan ukraynalı Aleksandr Areşenkoya məğlub olaraq, 1/16 finala yüksələ bilməyib. Bu gün o, Bakını tərk edib.

Xəbər 704 dəfə oxundu.