Azərbaycanın çempion məşqçisi Rusiyaya gedir - Açıqlama
Futzal üzrə Azərbaycan çempionatının son qalibi "Xəzər adaları" olmuşdu. Amma çox keçmədi ki, Hacı İbrahim Nehrəmli sponsoru olduğu kluba maliyyə yardımını dayandırdı və komanda dağıldı. Nehrəmli isə dağılmış klubun məşqçilərinə, oyunçularına borclu olduğu pulları qaytarmadı...

Artıq fəaliyyət göstərməyən "Xəzər adaları"nın keçmiş baş məşqçisi Elnur Qəmbərov tezliklə Rusiyaya yola düşməyi planlaşdırır. Çempion məşqçinin bizə verdiyi məlumata görə, o, Rusiyada bir neçə klubun bazasında olaraq, təcrübəsini artıracaq, məşğələlərdə iştirak edəcək:

"Rusiyaya məşqçiliklə bağlı öyrənməyə, təcrübəmi artırmağa gedirəm. "Qazprom" və "Dinamo"da (Moskva) hazırlıq keçəcəm".

Xəbər 715 dəfə oxundu.