"Futbolçularımız hədsiz dərəcədə təcrübə qazanacaqlar"
"Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak etmək, ölkə çempionatı matçlarına hazırlıq baxımından əhəmiyyətlidir. Yarışdakı güclü komandalarla oyunlarda gənc futbolçularımız da hədsiz dərəcədə təcrübə qazanacaqlar". İdman.com.az-ın məlumatına görə, bunu "Neftçi"nin müdafiəçisi Denis Silva deyib.

Braziliyalı futbolçu təlim-məşq toplanışı ilə bağlı fikrini klubun rəsmi saytına bildirib: "Məşqlərimiz olduqca maraqlı keçir. Çempionat oyunlarına səylə hazırlaşırıq. Çalışacağıq ki, qarşıdakı turnirdə də özümüzü yalnız yaxşı tərəfdən göstərək".

Xəbər 896 dəfə oxundu.